“McDonald’s Azərbaycan” Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
McDonald’s Azərbaycan”ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir.
2 iyun 2025-ci tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində “McDonald’s Azərbaycan” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum “McDonald’s Azərbaycan” şirkətinin Baş Direktoru Oskar Boqopolskiy və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında imzalanıb. Sənəd Qarabağ Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramının dəstəklənməsini nəzərdə tutur.
2025–2026-cı tədris ili ərzində “McDonald’s Azərbaycan”ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir. Tələbələrin siyahısı universitet tərəfindən tərtib olunaraq Təhsilin İnkişafı Fonduna təqdim ediləcək.
İmzalanmış memorandumun əsas bəndlərindən biri “TələbəPlus” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün “McDonald’s” restoranlarında xüsusi endirimin tətbiq edilməsidir.
Bu təşəbbüs “McDonald’s Azərbaycan”ın təhsil sahəsində sosial layihələrin dəstəklənməsinə və gələcək nəsillərin inkişafına göstərdiyi səyi əks etdirir. Şirkət təhsil və tələbələrin rifahına yatırımları korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir.
Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağın Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının, özəl sektorun nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
