"Xalq Bank" 1,75 milyard dollarlıq kreditləşmədə iştirak edib
Azərbaycanın aparıcı banklarından olan "Xalq Bank" Türkiyə Respublikasının "Ziraat Bankı"nın dayanıqlı inkişafın maliyyələşdirilməsi kriteriyalı beynəlxalq sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
"Xalq Bank"ın yaydığı məlumatda bildirilir ki, məbləği 1 milyard 750 milyon dollar məbləğində olan irihəcmli kreditləşmədə 29 ölkədən 69 bank yer almışdır.
Layihə üzrə əsas meyar olaraq dayanıqlı kənd təsərrüfatının təşviqi və karbon emissiyalarının azaldılmasını dəstəkləyən layihələrin maliyyələşdirilməsi çıxış edir.
Qeyd edilib ki, layihənin kreditləşmə meyarları "Xalq Bank"a dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir.
Xatırladılıb ki, davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində fəaliyyət proqramını təkmilləşdirməyə davam edir.
Beynəlxalq sindikat krediti layihəsində iştirak "Xalq Bank"a yeni maliyyə partnyorları ilə əlaqələr qurmağa və qlobal bazarlarda mövqeyini möhkəmləndirməyə imkan verir.
Qeyd edilib ki, "Xalq Bank" əvvəlki illərdə də ESG və dayanıqlı inkişaf standartlı sindikat kreditləşməsi layihələrində iştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
28 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
30 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























