Expressbank AQTA-nın layihəsinə qoşulub
(®) Expressbank əməkdaşları üçün “Sağlamlıq ayı” çərçivəsində yekun tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilib.
Bank AQTA-nın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə həyata keçirdiyi "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihəyə qoşulub.
Belə ki, tədbir zamanı AQTİ-nin şöbə müdiri Rəşad Mehdizadə AQTA-nın həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AQTA sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə belə bir təşəbbüsə başlayıb.
Həmçinin AQTİ-nin eksperti, həkim-dietoloq Tutu Zeynalova Expressbank əməkdaşlarına sağlam qidalanma vərdişləri və bu vərdişlərin həyat keyfiyyətini artırması mövzusunda ətraflı məlumat verib. Bank əməkdaşlarının gündəlik qidalanma vərdişləri ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, Expressbankda 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə, aprel ayı “Sağlamlıq ayı” olaraq qeyd olunub. “Sağlam komanda” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daxili kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə ay ərzində müxtəlif mövzularda ardıcıl sağlamlıq əhəmiyyətli tədbirlər həyata keçirilib. Bankın bu təşəbbüsləri reallaşdırmaqda əsas məqsədi əməkdaşlarının fiziki və psixoloji rifahına dəstək olmaq, onların sağlam həyat tərzi vərdişlərinə töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























