“McDonald's Azərbaycan” şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib - FOTO
(®) “McDonald's Azərbaycan” şirkətinin təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində növbəti ekoloji aksiya təşkil edilib.
Şəhərin yaşıllaşdırılmasına və ekoloji mühitinin yaxşılaşdırılmasına xidmət edən aksiyada şirkətin 50-dən çox əməkdaşı iştirak edib. Tədbir çərçivəsində iştirakçılar tərəfindən 400 ədəd Şərq çinarı (Xan çinarı) ağacı əkilib. Xan çinarının seçilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan mədəniyyətində bu ağac uzunömürlülük və davamlılıq rəmzi hesab olunur.
Qeyd edək ki, bu cür təşəbbüslər “McDonald's Azərbaycan” şirkətinin dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsində geniş fəaliyyətinin bir hissəsidir.
Davamlı olaraq olaraq plastikdən istifadənin azaldılması, təkrar emal edilə bilən materiallara keçid və biznes proseslərinin enerji səmərəliliyinin artırılması istiqamətində müxtəlif ekoloji layihələri həyata keçirən şirkət, bununla daha dayanıqlı şəhər infrastrukturunun inkişafına və gələcək nəsillərə qayğı göstərilməsinə töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
44 d. əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























