PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
(®) 26 aprel 2025-ci il tarixində Future Shapers proqramının açılış tədbiri baş tutub.
Artıq 4-cü dəfə təşkil olunan proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.
Future Shapers-ın bu ilki əsas müvzuları data və analitika, informasiya texnologiyaları, məhsul mədəniyyəti və innovasiya mövzularıdır ki, tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları da həyata keçirilib. Tədbir zamanı, spiker qismində PAŞA Holding-in və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki va rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə PAŞA Holding və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara PAŞA Qrupun baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.
Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər PAŞA Qrup şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər.
Qeyd edək ki, proqram PAŞA Holding-in Öyrənmə və İnkişaf mərkəzi olan PAŞA Hub tərəfindən təşkil olunur. PAŞA Hub yalnız PAŞA Qrup şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni zamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























