İşdən sonra inşaat və sənaye mallarına endirim
Əksər iş yerləri səhər saat 9:00-dan 18:00-adək açıq olur. Bu səbəbdən işdə olan bir çox insan bəzi ehtiyacları üçün alış-verişi iş saatları ərzində edə bilmir. Çünki hamı işdən çıxan vaxtı, mağazalar da bağlanır və ya bağlanmağa hazırlaşır. Sırf bu səbəbdən bəzi imkanlardan faydalanmaqda daim gecikir və şəxsi işlərin həlli uzanır. Lakin “Universal PRO” MMC-nin mağazasında qeyri-iş saatlarında müştərilərə daha uyğun alış-veriş imkanı təqdim edilir.
İyun ayından başlamış endirim kampaniyasından Sentyabr ayının sonunadək faydalanmaq mümkündür. Bu kampaniya çərçivəsində mağazada satılan bütün məhsullara 20%-40% arasında endirim tətbiq olunur.
Aksiyanın yeganə şərti, yalnız həftənin cüt günləri saat 18:00-20:00 saatlarında mağazaya gəlməkdir.
“Universal PRO” mağazasında elektrik alətləri, əl alətləri, bağ avadanlıqları, yükqaldırıcı və qaldırma avadanlıqları, kompressorlar, generatorlar və qaynaq avadanlıqları, dəmirişləmə avadanlıqları və dəzgahlar, elektrik məhsulları, kimyəvi məhsullarlar, qaynaq məhsulları və digər inşaat, sənaye məhsulları təklif olunur.
Qeyd edək ki, “Universal Pro” MMC 1998-ci ildən başlayaraq inşaat, sənaye və neft-qaz sahəsində ciddi tədarük portfelinə sahib olmaqla yanaşı, “Bosch”, “Magmaweld”, “Norton”, “Force”, “Beta”, “Klingspor”, “Çağsan”, “Netlift” kimi qlobal şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Şirkət, əsasən B2B (koorperativ) formatında xidmət göstərir. Lakin, 2 min kvm sahəsi olan “Showroom” tipli mağazası bütün portfelin həm nümayiş etdirilməsinə, həm də fiziki şəxslərə satış edilməsinə imkan verir.
Ünvan: Ziya Bünyadov 2075, Nərimanov r-nu. (Baku Steel Company ilə üzbəüz)
Tel: +994 51 555 0 555/ 012 447 00 44
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)







