“Aqualink” şirkəti AzTU-da su və kimya mühəndislərinin yetişdirilməsinə dəstək verəcək
"Aqualink" şirkəti AzTU-da “Su tədqiqatı və təlimi” laboratoriyası quracaq. Peşəkar su mühəndisi olmaq istəyən tələbələr laboratoriyada müxtəlif tədqiqatlar həyata keçirə biləcəklər. Universitetdə tədris prosesinə dəstək verilməsi məqsədilə xüsusi tədris otağının təchiz edilməsi nəzərdə tutulub.Aqualink şirkəti Azərbaycanda su və kimya mühəndisliyi üzrə peşəkar kadrların yetişdirilməsi üçün fəaliyyətə başlayıb.
Şirkət bu məqsədlə Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Aqualink AzTU-da “Su tədqiqatı və təlimi” laboratoriyası quracaq. Peşəkar su mühəndisi olmaq istəyən tələbələr laboratoriyada müxtəlif tədqiqatlar həyata keçirə biləcəklər.
Bundan əlavə, universitetdə tədris prosesinə dəstək verilməsi məqsədilə xüsusi tədris otağının təchiz edilməsi nəzərdə tutulub. Aqualink tədris otağını sutəmizləyici qurğular, alət və avadanlıqlarla təchiz edəcək.
İmza mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, hazırda su hövzələrinin çirklənmədən qorunması, onların təmizlənməsi, əhalinin təmiz və keyfiyyətli su ilə təminatı, tullantı sularının təkrar təmizlənməsi mühüm məsələlərdən biridir. Bununla bağlı əmək bazarında peşəkar su mühəndislərinə ehtiyac var. AzTU əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması istiqamətində universitet-sənaye əməkdaşlığının inkişafına böyük önəm verir. “Aqualink” şirkəti ilə əməkdaşlığın qurulması da bu işlərin davamıdır.
Aqualink şirkətinin direktoru Orxan Mikayıl rəhbərlik etdiyi şirkətin 2010-cu ildən fəaliyyət göstərdiyini və bu müddətdə 200-dən artıq iri layihə həyata keçirdiyini bildirib. Su və kimya üzrə peşəkar həllər təqdim edən Azərbaycan brendi olan Aqualink artıq regional şirkətə çevrilib.
“Biz dünyanın 50-dən artıq tanınmış şirkəti ilə əməkdaşlıq edirik. Təəssüf ki, yerli kadrların çatışmazlığı səbəbindən xarici mütəxəssislərin xidmətlərindən faydalanırıq. Buna görə də həm sosial məsuliyyət, həm də biznesimizin dayanıqlı inkişafı üçün yerli kadrların yetişdirilməsi bizim diqqətimizdədir” – Aqualink şirkətinin rəhbəri deyib.
Görüşdə AzTU tələbələrinin laboratoriyada praktiki fəaliyyətləri ilə yanaşı, Aqualink-in həyata keçirdiyi layihələrdə sənaye təcrübəsi keçməsi, şirkətin beynəlxalq tərəfdaşlarının mütəxəssislərinin tələbələrə təlimlər verməsi, sənaye əsaslı elmi araşdırmaların aparılması üçün əməkdaşlıqlar edilməsi məsələləri müzakirə olunub. Tərəflər universitetdə yeni seçmə ixtisasın sillabusunun Aqualink şirkətinin dəstəyi ilə beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanmasını da razılaşdırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























