“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə yeni Baş katib təyin edilib
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyində yeni təyinat olub. İctimai birliyin Baş katibi vəzifəsinə Araz İmanov təyin edilib.
Bu barədə məlumatı Marja.az-ın sualına cavab olaraq Araz İmanov “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə tədbirində bildirib.
Qeyd olunub ki, birlik özündə "Rahat market", "Bazar store", "Al market", "Grandmart", "Bolmart", "Megastore", "Araz market", "Spar", "Oba", "Rossman", "Neptun market" və "Bravo" kimi iri ticarət şəbəkələrini birləşdirsə də, yaxın gələcəkdə üzvlərin siyahısına yenilərinin də əlavə olunması planlaşdırılır.
Xəbər verdiyimiz kimi, dünən “Bakı KOB evi”ndə “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib. Araz İmanov “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyin Baş katibi olaraq müzakirələrdə iştirak edib, ticarət şəbəkələrinin fəaliyyəti, daha da inkişaf etdirilməsi, hazırki problemləri, bu şəbəkələr və istehsalçılar arasında münasibətlər, kiçik və orta bizneslər (KOB) üçün yeni imkanlar barədə təklifləri səsləndirib.
Qeyd edək ki, ixtisasca iqtisadçı olan Araz İmanov Bakı Dövlət Universitetini və Britaniyanın Northumbria universitetini bitirib. O, 2006-cı ildən 20 ilə yaxın müddətdə Xarici İşlər Nazirliyində və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində diplomatik fəaliyyət göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























