Rusiya bankı Azərbaycanda böyüyüb, gəlirləri və mənfəəti artıb
"Bank VTB (Azərbaycan)" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 3 milyon 306 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 2 milyon 202 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank VTB (Azərbaycan)"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 104 min manat və ya 50% artıb. Bankın xalis mənfəətinin artması gəlirlərinin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ XƏRCLƏRİNDƏN DAHA ÇOX ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB (Azərbaycan)" faiz gəlirləri 2 milyon 818 min manat və ya 39,3% artaraq 9 milyon 996 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 110 min manat və ya 41% aratarq 3 milyon 811 min manat təşkil edib.
2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB (Azərbaycan)"ın faiz xərcləri 230 min manat və ya 11,6% artaraq 2 milyon 209 min manat, qeyri-faiz xərcləri 2 milyon 90 min manat və ya 30,8% aratarq 8 milyon 863 min manat təşkil edib.
İlk rübdə "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirlərini (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 928 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2 milyon 320 min manat artıb. Gəlirlərdəki artım məbləği xərclərdəki artım məbləğindən yüksək olduğu üçün "Bank VTB (Azərbaycan)ın əməliyyat mənfəəti 1 milyon 608 min manat artıb.
2025-ci ilin ilk rübündə "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri 13 milyon 807 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 72 min manat, əməliyyat mənfəəti 2 milyon 735 min manat təşkil edib (2024-cü ilin 1-ci rübündə 1 milyon 127 min manat). Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 809 min manat mənfəətə əlavə olunub (2024-cü ilin ilk rübündə ehtiyatdan 1 milyon 480 min manat azad olmuşdu).
BANK BÖYÜYÜB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 31 milyon 443 min manat və ya 9,9% artaraq 348 milyon 541 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər ) 777 min manat və ya 0,3% artaraq 235 milyon 764 min manata çatıb.
İlk rübdə "Bank VTB (Azərbaycan)" digər banklar və maliyyə institutlarında 30 milyon manat depozit yerləşdirib.
"Bank VTB (Azərbaycan)"da depozitlər 14 milyon 204 min manat və ya 12,4% aratraq 128 milyon 357 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2025-ci il tarixində "Bank VTB (Azərbaycan)"da d 95 milyon 691 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 92 milyon 252 min manat məcmu kapitala malik idi.
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları “Bank VTB” İSC (Rusiya Federasiyası) 99.99% və Adıgözәl Ağayevdir (0.01%)Banka nәzarәt hüququna malik olan yekun tәrәf “Bank VTB” İSC (Rusiya Federasiyası) vasitәsilә Rusiya Federasiyasının hökumәtidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
- 48 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)


.jpg)










