Azərbaycan bankı 3 milyon manatlıq istiqraz buraxır - ŞƏRTLƏR
İstiqrazlar üzrə kupon gəlirliliyi illik 14 faiz təşkil edir."Bank BTB" ASC 3 milyon manatlıq istiqraz buraxır.
Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlardan ibarətdir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 14% faiz təşkil edir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə) hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir. Sonuncu kupon ödənişi tədavül müddətinin sonunda istiqrazların nominal dəyəri ilə birlikdə ödəniləcəkdir.
İstiqrazlar təmin edilməmiş istiqrazlardır. Tədavül müddəti ərzində istiqrazların geri satın alınması ilə bağlı Emitent tərəfindən öhdəlik nəzərdə tutulmur.
İstiqrazların anderrayteri sifarişləri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
“Bank BTB” ASC 24 Fevral 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. “Bank BTB” Mərkəzi Bankı tərəfindən müddətsiz olaraq verilmiş 10 mart 2010-cu il tarixli 254 nömrəli bank lisenziyası fəaliyyət göstərir. Nigar İsmayıl qızı Mehdiyeva (76.7376 % ), Rza İsmayıl oğlu Sadiq (17.6823 %), Tükazban Ağa qızı Mahmudova (5.5801 %) və digər şəxslər Bankın səhmdarlarıdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 25 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















