“N-Telekom”a sədr təyin olunub
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış “N-Telekom” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Marja xəbər verir ki, bu vəzifəyə Tağı Tağızadə təyin edilib. T.Tağızadə bundan əvvəl “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Tağı Tağızadə Türkiyə Respublikasının Yıldız Texniki Universitetində Elektronika və Kommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb, İrlandiya Respublikasının Dublin Universitet Akademiyasında Rəqəmsal Transformasiya İdarəçiliyi üzrə peşəkar sertifikat proqramını uğurla tamamlayıb.
20 ilə yaxın iş təcrübəsinə malik T.Tağızadə telekommunikasiya sahəsində, xüsusilə 5G texnologiyaları və rəqəmsal həllər üzrə geniş beynəlxalq təcrübəyə malikdir və bir sıra xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış “N-Telekom” publik hüquqi şəxs informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data mərkəzləri, internet, rəqəmsal TV xidmətləri və rabitə (telekommunikasiya) sahəsində fəaliyyət göstərən eyni zamanda muxtar respublikanın İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi və rayon (şəhər) rabitə idarələrini özündə birləşdirən publik hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























