Private Facility Management: BİZ HƏYATA DAD QATIRIQ
(®) Müasir dövrdə yenilənmə inkişafın ən işlək mühərriki kimi səciyyələnir. Belə ki, hər gün bir yeni gün olduğu kimi, hər gün sabahı yenidən salamlayan insan üçün də yenilənmiş olur.
Onun ətraf mühitə, gördüyü işə, birlikdə çalışdığı insanlara daha diqqətli münasibəti formalaşır. Yenilənmə yalnız düşüncədə deyil, əməli fəaliyyətdə də özünü təzahür etdirərsə, əsl inkişafdan söhbət gedə bilər. Şirkətin həyat tərzi, missiyası və dəyərləri eyni qalsa da, zamanın tələblərilə ona baxış bucaqları dəyişilir, günün tələbləri ilə ayaqlaşmaq bir həyati tələbə çevrilir.
Çünki biz - PFM (Private Facility Management) olaraq - öz missiyamızı keyfiyyətli və geniş çeşidli məhsul istehsalında, müştəriyə uyğun sərfəli qiymət siyasətində, tərəfdaşlar ilə qarşılıqlı faydalı əməkdaşlıqda, sabit və davamlı inkişafda və üstün xidmətimizlə müştəri ehtiyacını qarşılamaqda görürük.
Hədəflərimiz istehsal texnologiyasında innovativ səylərə önəm verməkdən, sektorda rəqiblərə hörmətlə yanaşmaqdan, hər zaman bir addım öndə olmaqdan, bizə həvalə olunan əmlaka müntəzəm qayğı göstərməkdən, müştərinin etimadını nümunəvi işimizlə doğrultmaqdan, yeniliyi zamanında görməkən və tənqidə obyektiv reaksiya verməkdən ibarətdir.
Biz öz dəyərlərimizlə qürur duyuruq. İstəyirik ki, tərədaşlıqda dürüst və güvənli olaq, müştəri mənafeyini daim yüksək tutaq, söz sahibi olaq, həmişə təşəbbüskarlıq göstərək, hər işə peşəkar yanaşmanı sərgiləyək və standartlara sözsüz əməl edək.
İctimai iaşə sektorunda Private Facility Management (PFM) MMC - müştəri ehtiyaclarını müasir dövrün yüksək tələbləri səviyyədə qarşılayan şirkətdir. Bu istək bizim bütün fəaliyyətimizin təməlində dayanır. Biz ictimai iaşə, əmlakın idarə olunması və təmizlik xidməti göstərməyi sahibkarlıq qurumu olaraq strateji hədəf seçmişik.
Dinamik inkişafda olan bir zamanda, insanların qayğılarının artdığı və vaxtın azlığı duyulan bir dövrdə ictimai iaşənin rolu durmadan artmaqdadır. Bunu zamanında dəyərləndirərək hazır yeməklər bazarına daxil olduq.
Private Facility Management şirkətinin əsas fəaliyyət sahələrindən biri - "keytrinq" - iaşə xidmətinin təşkilidir. Zəruri istehsal və qablaşdırma bazası bizə gün ərzində 3500 - 4000 insanı keyfyyətli və qidalı yeməklə təmin etməyə imkan verir.
Şirkəimiz Azərbaycan Dəmir Yolları (ADY) ilə qarşııqlı faydalı və effektiv əməkdaşlıq edərək, sərnişin qatarlarinda yüksək keyfiyyətli "keytrinq" xidmətləri göstərir. ADY ilə əməkdaşlıq, təbii ki, xidmətlərimizin prestijini artırır və bizə daha geniş bir auditoriyaya çatmağa imkan verir.
Azərbaycan Dəmir Yollarının nüfuzu və etibarı bizi daha məsuliyyətli olmağa, bir müştəriyə önəm verməyə həvəslənirir. Bu da hər bir müştəriyə münasibətdə göstərilən fəaliyyətin özəlliyinə əlavə dəyər qatır.
ADY-nin geniş marşrut şəbəkəsi ilə həftənin hər günü, ölkədaxili səfərlərdə, xidmətlərimizi qarşlılıqlı olaraq üzvi şəkildə birləşdirmişik. Bu da sektorda bizim lider mövqeyimizi möhkəmləndirməyə güclü təkan verir. Bu əməkdaşlıq, hər gün keyfiyyətcə yüksəlir, çeşid baxımından inkişaf edir, önəmlisi də müştəri məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.
Azərbaycan Dəmir Yolları ilə bu əməkdaşlıq - yüksək keyfiyyət və etibar simvoludur. Qurur duyuruq ki, belə böyük bir dövlət qurumu bizə güvənir və xidmətimizdən razı qalaraq bizə arxayın olduğunu nümayiş etdirir.
Bizim ülvi istəyimiz bizə etimad göstərənlərin, bizə inananların, etibar edənlərin yanında olmanın qürurunu yaşaya bilməkdir. Axı insanlar qəlbinin, əmlakının, mülkünün açarını o kəslərə verir ki, onlara inanır, onlardan tam əmindir.
Bu böyük bir etimaddır. O inamı layiqincə doğrultmaq insandan dürüstlük və işə ciddi peşəkar yanaşma tələb edir. Məhz belə olan halda onun arxayın yaşaması, özünün digər biznes və həyat problemlərini rahat həll etməsi, yeni uğurlara imza atması reallaşır.
Sənə əmlakını etibar edənlər geri boylanmamalı, ürəyində şübhələr daşımamalıdır. Əsl əməkaşlıq, tərəfdaşlıq da məhz bunu nəzərdə tutmurmu?! Mülkün idarə olunmasını elə insana və quruma etibar etməlisən ki, onun niyyəti saf olsun, seçdiyi fəaliyyət sahəsinin peşəkarı olsun, ona bəslənilən etimadı hər zaman doğrultsun.
Bu baxımdan PFM öz fəaliyyətində “maintenance" xidmətlərini də prioritet hesab edir. Müəssisələrin təmizlik və təmir ehtiyaclarını tam şəkildə qarşılayır. Əməkdaşlıq etdiyi şirkətlərin biznes mühitini və atmosferini daha işlək axına yönləndirir və əmək məhsuldarlığını yüksəldir.
Çünki təcrübəli, mobil və peşəkar komandamız hər bir detala diqqət yetirir, rəqabət qabiliyyətli və yüksək standartlara uyğun xidmətlər təklif edir. Bizim məqsədimiz özümüzün və müştərilərimizin yalnız gündəlik ehtiyacların yerinə yetirməkdən ibarət deyildir.
Biz gündəlik fəaliyyətimizdə həm də öz istehsal müəssisələrimizin və müştərimizin uzunmüddətli inkişaf perspektiflərinə fokuslanırıq. Bu baxımdan hər iki tərəfin fəaliyyətinin müasir standartlara cavab verməsini və gələcək yönümlü olaraq gerçəkləşməsini dəstəkləyirik.
Həmçinin, təmizlik və təmir proseslərinin hər mərhələsində müasir texnologiyalardan istifadə edərək, işlərin yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edirik. Maintenance xidmətlərimiz yalnız sizin iş mühitinizi təmiz saxlamaqla kifayətlənmir, həm də sağlam və təhlükəsiz bir atmosfer yaratmağa can atır. Bu da əməkdaşlarınızın motivasiyasını artırır və ümumi iş məhsuldarlığını yüksəldir.
Daha bir sevindirici yenilik də odan ibarətdir ki, biz bu yaxınlarda Xankəndidə təmizlik xidmətinə start verdik və orada geniş miqyasda fəaliyyəti strateji hədəf olaraq həyata keçirmək niyyətindəyik.
PFM gələcəkyönümlü bir şirkət olraq, müasir iş mühitində yüksək keyfiyyət və təhlükəsizlik standartlarına riayət etməyi öz fəaliyyətinin baza prinsiplərindən biri kimi qəbul eir. Elə bu məqsədlə beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək istəyir. Müştəri məminiyyətini ardıcıl olaraq yüksəltməyi hədəfləyir.
Məhsul və xidmətlərin zəruri keyfiyyətini təmin etmək məqsədilə PFM böyük uğur kimi dəyərləndirdiyi nailiyyəti - ISO 9001 və ISO 22000 sertifikatlarının tələblərinə uyğun fəaliyyət göstərir. Məhz bu mühüm sertifikatar və standartlara tam ölçüdə riayət edilməsi sayəsində uğurlarımızın sayı çox olmuşdur, nüfuzumuz artmışdır, imicimiz yüksəlmişdir belə də davam etmək niyyətindəyik.
Bizim əsas istəyimiz müştərinin etibarını qazanmaq və onun etimadını doğrultmaqdır.
PFM - Arxayın olun
Əlaqə telefonu: 051 215 80 80
instagram: pfmglobal
linkdln : pfmglobal
facebook : pfmglobal
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
38 d. əvvəl
Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb
-
- 41 d. əvvəl
-
43 d. əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
46 d. əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
54 d. əvvəl
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
2 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
Ən çox oxunanlar
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb







.jpg)



.jpg)





