Tesla-nın satışları son 3 ilin ən aşağı səviyyəsinə düşüb
Tesla 2025-ci ilin birinci rübündə 336 min 681 ədəd elektromobil satıb. Şirkətin satışları 2022-ci ilin ikinci rübündən bəri ən aşağı səviyyəyə düşüb.Tesla-nın satışları 2025-ci ilin 1-ci rübündə 13 faiz azalaraq son üç ilin ən aşağı səviyyəsinə düşüb.
Marja.az Şirkətin açıqlamasına istinadən xəbər verir ki, Tesla 2025-ci ilin ilk 3 ayında 336 min 681 ədəd nəqliyyat vasitəsi (elektromobil) tədarük etdiyini bildirib. Bu rəqəm 2022-ci ilin ikinci rübündən bəri ən pis göstəricidir. Bloomberg-in hesablamalarına görə, analitiklər şirkətin orta hesabla 390 min ədəddən çox elektromobil satacağını gözləyirdilər.
Avropada ilin ilk iki ayında Tesla satışları 43 faiz azalıb.
BYD Co-nun daha da önə keçdiyi Çində də Tesla-nın satışları azalıb. Birinci rübdə BYD, akkumulyatorlu-elektrik və plug-in- hibrid avtomobillərinin satışını 58 faiz artırıb.
Tesla birinci rübdə 323 min 800 ədəd Model Y və Model 3 avtomobili tədarük edib ki, bu da bir il əvvəllə müqayisədə 12 faiz azdır. Cybertruck, Model S və X daxil olmaqla, bütün digər elektromobillərin satışları 24 faiz azalaraq cəmi 12 min 881 ədəd olub.
Şirkət hələlik konkret Cybertruck satışlarını açıqlamasa da, son geri çağırış Tesla-nın ABŞ bazarında 46 mindən bir qədər çox Cybertruck satdığını göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









