Coca-Cola-nın dəstəyi ilə Qarabağda Ramazan xeyriyyə aksiyası keçirilib
Coca-Cola Azərbaycanın dəstəyi və “Nargis” Fondunun təşkilatçılığı ilə müqəddəs Ramazan ayına həsr edilən növbəti xeyriyyə aksiyası keçirilib.
Belə ki, 25-27 mart tarixləri aralığında keçirilmiş təşəbbüs çərçivəsində Qarabağ regionunun mərkəzi olan Xankəndi şəhərində iftar çadırları qurulub. Bölgə sakinləri və ziyarətçilər olmaqla yüzlərlə insan iftar süfrələrində müxtəlif təamlardan dadıblar.
Bununla yanaşı, iftar süfrələrinə gələ bilməyən və ya ehtiyacı olan insanlar üçün iftar payları yaşadıqları ünvana göndərilib.
Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda Sosial Məsuliyyət prinsipi çərçivəsində yerli icmaların inkişafı üçün müxtəlif layihələrə dəstək olub. Eyni zamanda, Coca-Cola Azərbaycan “Nargis” Fondunun 2019-cu ildən etibarən başlatdığı İftar çadırları təşəbbüsünün də əsas tərəfdaşlarından olmuşdur.
Coca-Cola Azərbaycanın dəstək olduğu layihələr haqqında daha ətraflı məlumat üçün www.coca-cola.az saytına keçə bilərsiniz.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























