Bank Respublika əsgərlərə Novruz sevinci yaşatdı
“Bank Respublika”nın əməkdaşları Novruz bayramı ərəfəsində əsgərləri ziyarət etdi(®) Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində “Bank Respublika”nın əməkdaşları işğaldan azad olunmuş torpaqlarımızda, dağlıq ərazidə yerləşən hərbi hissələrə səfər edərək Rəşadətli Ordumuzun əsgərlərini ziyarət ediblər.
Səfər çərçivəsində Bankın əməkdaşları hərbi hissənin şəxsi heyəti ilə görüş keçirib, onların gündəlik həyatı və xidmət şəraiti ilə yaxından tanış olub, səmimi söhbətlər aparıblar. Bankın əməkdaşları əsgərlərin göstərdiyi xidmətin əhəmiyyətini vurğulayaraq, onların fədakarlıqlarına görə minnətdarlığını ifadə ediblər.
Bank tərəfindən əsgərlərə bayram sovqatları, eləcə də hərbi hissənin ümumi istifadəsi üçün müxtəlif avadanlıqlar təqdim edilib. Hərbi hissə tərəfindən “Bank Respublika”ya əsgərlərə daim göstərdiyi diqqət və qayğıya görə təşəkkürnamə təqdim edilib.
Əsgərlərlə görüşün keçirilməsində məqsəd – Vətənimizin keşiyində dayanan əsgərlərə mənəvi dəstək olmaq, bayram günlərində onların diqqətdən kənarda qalmadığını vurğulamaq və cəmiyyətin onlara olan dərin ehtiramını nümayiş etdirmək olub.
Bank gələcəkdə də bu kimi təşəbbüslərlə ölkəmizin inkişafına, milli birlik və həmrəyliyin gücləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























