ABŞ-ın 5 aylıq büdcə kəsiri 1 trilyon dolları keçib
ABŞ federal hökumətinin büdcə kəsiri fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə təxminən 4 faiz artaraq 307 milyard dollara çatıb.ABŞ Maliyyə Nazirliyi fevral ayı üzrə büdcə balansı hesabatını açıqlayıb.
Marja xəbər verir ki, federal hökumətin büdcə kəsiri 1 oktyabr 2024-cü il tarixində başlayan və 30 sentyabr 2025-ci il tarixində sona çatacaq 2025-ci maliyyə ilinin beşinci ayında 307 milyard dollar təşkil edib.
Keçən ilin fevral ayında federal hökumətin büdcə kəsiri 296 milyard dollar olmuşdu.
Belə ki, fevral ayında büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 4 faiz artıb.
Bazar proqnozu 302,5 milyard dollarlıq kəsir idi.
Fevralda dövlət gəlirləri 9 faiz artaraq 296 milyard dollara, xərclər isə 6 faiz artaraq 603 milyard dollara çatıb.
5 aylıq büdcə kəsiri 1 trilyon dolları keçib
2025-ci maliyyə ilinin ilk beş ayı ərzində ölkənin cəmi büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 1,15 trilyon dollar təşkil edib. Kəsir ötən ilin eyni dövründə 828 milyard dollar təşkil etmişdi.
Maliyyə ilinin ilk beş ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 1,9 trilyon dollar, xərclər isə 13 faiz artaraq 3 trilyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)
















