PAŞA Kapital “Qadın Liderləri Zirvəsi”nin sponsoru oldu
(®) 04 mart 2025-ci il tarixində PAŞA Kapital İnvestisiya Şirkətinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə "Fərqlərin Bərabərliyi" konsepti adı altında “Qadın Liderləri Zirvəsi” keçirildi.
"Facemark" və "İNCİ - İşgüzar Xanımların Ünsiyyət Klubu"nun birgə təşkilatçılığı ilə bu tədbir 500 nəfərə yaxın dövlət və özəl sektor nümayəndəsini bir araya gətirərək, qadın liderlərinin bilik və təcrübə mübadiləsi, həmçinin şəbəkələşmələri üçün mühüm platforma rolunu oynadı.
“Lider qadın yoxsa Qadın lider?”, “İnnovasiya və Strateji Yanaşmalar”, “Rəqəmsal Trendlər Dövründə Qadınlar” mövzusunda 3 paneldən ibarət olan tədbirdə 3 moderator və 14 spiker öz geniş təcrübələrini tədbir iştirakçıları ilə paylaşdılar.
Açılış nitqləri ilə ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, Milli Məclisin deputatı Nigar Arpadarai və Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxış edərək, qadın liderlərinin inkişafı və cəmiyyətdəki rolu haqqında fikirlərini bölüşdülər.
“İnnovasiya və Strateji Yanaşmalar” paneli PAŞA Kapital İnvestisiya Şirkətinin Marketinq Direktoru Gülşən Cumayevanın moderatorluğu ilə keçdi. Paneldə əsas müzakirə olunan mövzular arasında innovasiya və strateji yanaşmaların formalaşmasında, icrası və tətbiqində qadınların rolu, qarşılaşdığı ən böyük çətinliklər və onların həll yolları olub. Həmçinin, yerli və qlobal bazardakı real nümunələr əsasında innovasiyanın ictimai-sosial məqsədlər üçün tətbiqi, cəmiyyət üçün əhəmiyyətinə dair müzakirələr aparıldı, tədbir iştirakçılarına geniş məlumat verildi.
Qadınların inkişafını, maliyyə müstəqilliyini daim dəstəkləyən PAŞA Kapital, fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















