Bakı Fond Birjası repo əməliyyatlarının həcminin 4 dəfəyə yaxın artmasını şərh edib - "Bu alətə daha çox maraq var"

2025-ci ilin yanvar-fevral ayları ərzində (ilk 2 ayda) Bakı Fond Birjasında (BFB) əqdlərin cəmi həcmi 13 milyard 616 milyon 922 min manat təşkil edib.
Bu barədə Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında əqdlərin cəmi həcmi 5 milyard 303 miylon 733 min manat təşkil etmişdi. Beləliklə, Birjada əqdlərin cəmi həcmi cari ilin ilk 2 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Artım əsasən repo əməliyyatları ilə bağlıdır.
2025-ci ilin ilk 2 ayında BFB-də əməliyyatların cəmi həcminin 95%-ni və ya 12 milyard 940 milyon 827 min manatını repo əməliyyatları təşkil edib. 2024-cü ilin ilk 2 ayında Birjada əməliyyatların cəmi həcminin 65,5%-ni və ya 3 milyard 473 miylon 124 min manatını repo əməliyyatları təşkil etmişdi. Beləliklə, repo əməliyyatlarının həcmi 2025-ci ilin yanvar-fevral ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb.
Repo əməliyyatları xaric cəmi əməliyyatların həcmi isə 1 milyard 830 milyon 609 min manatdan (2024-cü ilin ilk 2 ayında) 676 milyon 95 min manata (bu ilin ilk 2 ayında) düşüb (2,7 dəfə azalıb).
Bakı Fond Birjası repo əməliyyatlarının həcmindəki kəskin artımı şərh edib.
"Bildiyiniz kimi, repo əməliyyatları bazarda qısamüddətli likvidliyin idarə olunması məqsədini daşıyan çevik maliyyə alətidir. 2024 cü ilin anoloji dövrü ilə müqayisədə 2025 ci ilin ilk 2 ayındakı artım dinamikası yerli kapital bazarı vasitəsilə bazar iştirakçılarının bu alətə daha çox marağının göstəricisidir",- BFB-dən Marja.az-a bildirilib.
"Səhm ticarəti üzrə dövriyyə 2.07 dəfə, korporativ qiymətli kağızlar üzrə isə 1.61 dəfə artıb"
Qeyd edilib ki, bununla yanaşı, qeyd etmək istərdik ki, ilin yeni başlamasına baxmayaraq, digər alətlərin dövriyyəsi artma trendini göstərir:
"Belə ki, yanvar-fevral aylarında səhm ticarəti üzrə dövriyyə ötən illə müqayisədə 2.07 dəfə, korporativ qiymətli kağızların ticarət dövriyyəsi isə 1.61 dəfə artmışdır.
Bakı Fond Birjası olaraq bizim əsas diqqət yetirdiyimiz məqamlar bazarın uzunmüddətli dayanıqlılığına və inkişafına yönəlməkdir. Bu istiqamətdə də 2025-2026-cı illər üzrə strateji hədəflərimiz üçün bir sıra yenilik və addımlar atmağı planlayırıq".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
