Norm Ustalar Klubu üzvlərinin TKTA tərəfindən təltifetməsi həyata keçirilib
(®) “Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubu üzvləri üçün təltifetmə tədbiri təşkil olunub. 27 fevralda Norm Sement zavodunda baş tutan tədbirdə Norm və TKTA rəhbərliyi də iştirak edib.
Norm Sement zavodunun CEO-su Henning Sasse tədbir iştirakçılarını salamlayaraq, layihənin bütün mərhələlərinin uğurla təşkil olunduğunu qeyd edib və bu imkanın yaradılmasına görə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xüsusi təşəkkürünü ifadə edib. O, həmçinin şirkətin Norm Ustalar Klubu üzvlərinin peşəkar inkişafını daim dəstəklədiyini və bu kimi layihələrin sosial məsuliyyət strategiyasına daxil edildiyini bildirib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Tural Əhmədov da tədbirdə çıxış edərək, layihənin peşəkar inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması istiqamətində mühüm addım olduğunu qeyd edib. Gələcək əməkdaşlıq perspektivlərindən danışarkən, agentliyin idarə heyətinin sədri bu təşəbbüsün Norm ilə gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin əhəmiyyətini də vurğulayıb.
Tədbirdə qeyri-formal və informal təhsilin tanınması üzrə imtahanlara cəlb olunan və hər iki mərhələni uğurla tamamlayan 21 ustaya “İnşaat ustası” ixtisası üzrə peşə ixtisasını təsdiq edən sənəd təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarxili 279 nömrəli qərarına əsasən peşə ixtisasını təsdiq edən sənəd müvafiq peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
Ümumilikdə, layihə ustalara peşəkar bacarıqlarını təkmilləşdirməyə və davamlı məşğulluq perspektivlərini genişləndirməyə imkan verir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb




















