Yeni qurum yaradılır - Prezident Fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.
"Marja" xəbər verir ki, sərəncam ilə “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Həmçinin sərəncam ilə, Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Agentliyin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
- strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
Agentliyə:
-. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;
- əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etsin;
- Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etsin;
- nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Fərmanın 3.8-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilsin ki:
- Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;
- Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır;
- Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
- bu Fərmanın 3.6-cı bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir;
- Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.2 ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
-Agentlik:
- dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
- dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
1 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
2 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
2 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!














.jpg)




