“Apple” ABŞ-da 20 min nəfəri işə götürəcək - 500 MİLYARD DOLLARLIQ SƏRMAYƏ
Apple növbəti dörd il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb. Bu böyük öhdəlik süni intellekt, çip mühəndisliyi, tələbələr və işçilər üçün bacarıqların inkişafı proqramlarını əhatə edən geniş spektrli layihələri dəstəkləyəcək. Apple yaydığı açıqlamada 20 min nəfərin işə qəbul ediləcəyini bildirib.
ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən məhsullara tətbiq etdiyi əlavə rüsumlardan yayınmağa çalışan Apple şirkəti, ABŞ-da 20 min nəfəri işə qəbul edəcəyini açıqlayıb. Həmçinin Şirkət, ABŞ-da süni intellekt serverləri quracağını bəyan edib.
Marja.az xəbər verir ki, Apple şirkəti yaydığı açıqlamasında Hyustonda yeni server istehsalı müəssisəsinin yaradılması da daxil olmaqla, müxtəlif investisiyalar üçün növbəti dörd il ərzində 500 milyard dollar sərmayə yatıracağını bildirib. Bu açıqlama, Apple şirkətinin rəhbəri Tim Kuk və prezident Trampın Oval Ofisdə görüşündən bir neçə gün sonraya təsadüf edib.
Ötən həftəki görüşdən sonra Tramp “Apple-ın yüz milyardlarla dollar sərmayə qoyacağını” bildirərək, iPhone istehsalçısının gömrük rüsumlarını ödəmək istəmədiyi üçün ABŞ-a sərmayə yatıracağını vurğulayıb.
“İnnovasiya tarixində yeni səhifə”
Növbəti dörd il ərzində 500 milyard dollarlıq investisiya və 20 000 yeni iş yeri Apple-ın bu günə qədər ABŞ-dakı ən böyük öhdəliyidir. Apple, son beş ildə 20 000 tədqiqat və inkişaf işçisi işə qəbul etdiyini də bəyan edib.
"Biz Amerika innovasiyalarının gələcəyinə nikbin baxırıq və bu 500 milyard dollarlıq öhdəliyimizlə ABŞ-a sərmayəmizi artırmaqdan qürur duyuruq. Amerika innovasiyaları tarixində qeyri-adi yeni bir səhifə yaratmaq üçün ölkə daxilində insanlar və şirkətlər ilə işləməyə davam edəcəyik", - Apple-ın baş direktoru Tim Kuk deyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
