Braziliya OPEC+ alyansına qoşulur
Braziliya çərşənbə axşamı, fevralın 18-də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələri, eləcə də müşahidəçi dövlətləri birləşdirən OPEC+ alyansına qoşulmaq qərarını açıqlayıb.
Xarici media xəbər verir ki, qərarı açıqlayan bu ölkənin mədən və energetika naziri Alexandre Silveyra bildirib ki, OPEC+-alyansına qoşulmaq qərarı ilə noyabrda Birləşmiş Millətlər Təşkilatının COP-30 konfransına ev sahibliyi edəcək Braziliyanın ətraf mühitlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək arasında heç bir ziddiyyət yoxdur. “Bu, Braziliyanın enerji sənayesi üçün taleyüklü məqamdır, habelə dialoq və əməkdaşlıq tarixində yeni səhifə açır”, -deyə nazir bildirib.
Silveyra Milli Enerji Siyasəti Şurasının iclasına rəhbərlik etdikdən sonra deyib: “Bu tədbir neft hasil edən ölkələrin strategiyalarını müzakirə etmək üçün bir forumdur. Biz neft istehsalçısı olmaqdan utanmamalıyıq”.
Braziliya, həmçinin alyansın neft bazarının sabitliyi maraqları naminə öz iştirakçıları arasında texniki və tədqiqat səviyyələri də daxil olmaqla əməkdaşlıq və dialoqu asanlaşdırmaq üçün çərçivə kimi təşviq etdiyi OPEC Əməkdaşlıq Xartiyasına qoşulacaq.
Eyni zamanda, Braziliya hökuməti Beynəlxalq Enerji Agentliyinə və Beynəlxalq Bərpaolunan Enerji Agentliyinə qoşulmaq qərarını açıqlayıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)






