Yaponiya şirkətləri işçilərinə DeepSeek-i istifadə etməyi qadağan edirlər
Toyota və Mitsubishi şirkətləri işçilərinə Çinin süni intellekt (AI) modeli DeepSeeki-dən istifadə etməyi qadağan ediblər
Yaponiyanın avtomobil istehsalçısı Toyota və müdafiə sənayesi şirkəti Mitsubishi Heavy Industries öz işçilərinə Çində yerləşən şirkət tərəfindən hazırlanmış DeepSeek süni intellekt proqramından istifadə etməyi qadağan edib.
Kyodo agentliyinin məlumatına görə, məsələ ilə bağlı Toyota və Mitsubishi şirkətlərinin rəsmiləri açıqlama verib.
Toyota rəsmisi qadağa ilə bağlı “Bizim informasiya təhlükəsizliyi ilə bağlı narahatlığımız var” deyib. Həmçinin Mitsubishi işçilərinə Deepseek-dən "işgüzar məqsədlər üçün" istifadə etməyi qadağan etdiyini bildirib.
Digər tərəfdən, Yaponiya telekommunikasiya şirkəti SoftBank-ın da işçilərinə şirkətə məxsus cihazlarda DeepSeek-dən istifadə etməyi qadağan etdiyi bildirilib.
Bir çox yapon şirkətlərinin yalnız ABŞ-da hazırlanmış süni intellekt alətlərindən istifadə etdiyi vurğulanıb.
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən DeepSeek, yanvarın 20-də digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbəli DeepSeek-R1 modelini təqdim edib.
Tezliklə dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
