Gəncədə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait kəskin azalıb
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatları açıqlayıb.
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında əsas kapitala 107,0 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,1 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 52,7 faizi dövlət, 47,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 93,6 milyon manatı və ya 87,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 39,5 faiz azalmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 39,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 21,7 milyon manatını, yaxud 55,6 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 17,4 milyon manatını və ya 44,4 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








