Qlobal ərzaq qiymətləri 2025-ci ilin ilk ayında düşüb
Qlobal ərzaq qiymətləri 2025-ci ilə azalma ilə başlayıb. FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvar ayında şəkər, bitki yağı və ətin qiymətlərindəki enişin təsiri ilə aylıq 1,6 faiz azalıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT)Ərzaq və Kənd Təsərrüfatınnın (FAO) Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin yanvar ayında aylıq müqayisədə 1,6 faiz azalıb, illik müqayisədə (2023-cü ilin yanvar ayı ilə) 6,2 faiz artıb.
Marja xəbər verir ki, şəkər, bitki yağları və ətin qiymət indekslərinin aşağı düşməsi süd məhsulları və dənli bitkilərin qiymət indekslərindəki artımları əvəzləmişdir.
FAO Taxıl Qiymətləri İndeksi yanvar ayında aylıq müqayisədə 0,3 faiz artsa da, illik müqayisədə 6,9 faiz azalıb. Yanvar ayında buğdanın ixrac qiymətləri çox cüzi azalma göstərsə də, ümumilikdə sabit qalıb. Zəif idxal tələbi qiymətlərə təzyiq göstərib.
Yanvar ayında dünya qarğıdalı qiymətləri iki il ərzində ilk dəfə olaraq bir il əvvəlki səviyyələri üstələyib. Artan qiymət Argentinadakı əlverişsiz əkin şəraiti, Braziliyanın əsas məhsulunda (safrinha) yavaş irəliləyiş və ABŞ-da aşağı qarğıdalı istehsalıdır. Digər iri taxıllar arasında sorqo və arpanın dünya qiymətləri artıb. Arpada artım cüzi olub. Bununla yanaşı, FAO-nun Düyü Qiymətləri İndeksi yanvarda 4,7 faiz azalıb, çünki ixracın artması və ixracatçılar arasında rəqabət qiymətlərə aşağı təzyiq göstərməyə davam edib.
FAO Bitki Yağı Qiymətləri İndeksi yanvar ayında aylıq 5,6 faiz azalsa da, illik müqayisədə 24,9 faiz artıb. Azalma, əsasən, dünya palma yağının qiymətlərinin azalması ilə əlaqədar olub, soya və günəbaxan yağının kotirovkaları isə sabit qalıb. Ardıcıl yeddi ay artdıqdan sonra, beynəlxalq palma yağı qiymətləri, əsasən tələbin azalması səbəbindən son illərdəki ən yüksək səviyyələrindən düşüb. Bunun əksinə olaraq, soya və günəbaxan yağı kotirovkaları sabit qalıb. Cənubi Amerikanın soya istehsal edən ölkələrində əlverişsiz hava şəraiti ilə bağlı narahatlıqlar və güclü qlobal idxal tələbi qiymətləri qismən dəstəkləyib.
FAO Ət Qiyməti İndeksi yanvar ayında aylıq 1,4 faiz azalsa da, illik müqayisədə 8,1 faiz artıb. Xırdabuynuzlu mal-qara, donuz və quş ətinin beynəlxalq qiymətləri azalıb. İl sonu bayramlarından sonra tələbat azaldığından xırdabuynuzlu mal-qara ətinin qiyməti azalmışdır. Quş ətinin qiymətləri də azalıb və bu, xüsusilə rəqabətli yem qiymətlərinin istehsalı dəstəklədiyi Braziliyada geniş tədarükü əks etdirir.
FAO Süd Qiyməti İndeksi yanvar ayında aylıq 2,4 faiz artarkən, illik artım isə 20,4 faiz təşkil edib.
FAO Şəkər Qiyməti İndeksi də yanvar ayında aylıq 6,8 faiz, illik bazda isə 18,5 faiz azalaraq 2022-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb. Yanvar ayındaki azalma, son aylarda Braziliyada ümumilikdə əlverişli hava şəraitinin 2025-ci ilin aprelindən yığılacaq şəkər qamışı məhsuluna fayda verməsindən sonra davam edən 2024/25 mövsümü üçün qlobal tədarük gözləntilərinin yaxşılaşması ilə əlaqədardır. Bundan əlavə, Hindistan hökumətinin 2023-cü ilin oktyabr ayından məhdudlaşdırılmış şəkər ixracını bərpa etmək qərarı dünya şəkər qiymətlərinə daha da aşağı təzyiq göstərib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
