"Oxumaq Qazandırır" layihəsi ilə kitab oxumaq yenidən trend olur! - Azərbaycanlı gənclər Dünya ilkini gerçəkləşdirdi
Azərbaycan gəncləri dünya tarixində ilk dəfə kitab oxumağı interaktiv oyuna çevirərək oxuma vərdişlərini artırmağa müvəffəq olublar. "Oxumaq Qazandırır" adlı layihə qısa müddət ərzində minlərlə iştirakçının diqqətini çəkərək, ölkəmizdə intellektual və mədəni inkişafın təbliğində mühüm rol oynayıb.
Bilet Alan Hər Kəs Hədiyyə Qazanır!
Bilet alıb @oenva.az İnstagram səhifəsindəki ilk sancaqlanmış postun açıqlamasında yazılanlara əməl edən hər kəs "Oenva" MMC tərəfindən təqdim edilən dəyərli hədiyyələr qazanacaq. Bu hədiyyələr "Oenva" MMC-nin tərəfdaşları tərəfindən təqdim edilir.
Hədiyyələr arasında:
- Bakı-İstanbul tur paketi
- Məişət texnikası
- Hədiyyə kartları
- Sürpriz hədiyyələr və daha nələr-nələr var!
Bu fürsəti qaçırmayın! Bir bilet sizə həm oyunda iştirak etmək, həm dəyərli hədiyyələr qazanmaq, həm də qalib olaraq böyük mükafatlara sahib olmaq imkanı verir. Üstəlik, final konsertində əyləncə dolu anlar sizi gözləyir.
Oyunun Sonunda Möhtəşəm Konsert!
"Oxumaq Qazandırır" layihəsi yalnız intellektual mübarizə deyil, həm də əyləncə təqdim edir. Oyunun sonunda mükafatlandırma tədbirinə həsr edilmiş konsert təşkil ediləcək və bu konsertə oyunda iştirak edən hər kəs dəvətlidir.
Faiq Ağayev qaliblərə mükafatı konsertdə şəxsən təqdim edəcək.
Səhnədə Rəssam, Miro, DJ Gugu kimi dəyərli və məşhur ifaçılar yer alacaq, bu da tədbiri daha unudulmaz edəcək!
Layihəyə Yüksək Marağın Səbəbləri
"Oxumaq Qazandırır" gənclər arasında oxuma vərdişlərinin artırılmasına yeni nəfəs gətirib. Kitab oxumağı maraqlı və rəqabətli bir oyuna çevirmək ideyası həm əyləncə, həm də təhsil yönümlü bir platforma olaraq geniş rəğbət qazanıb. Layihə final mərhələsində iştirakçılara təqdim olunan yüksək məbləğdə mükafatlarla da diqqət çəkir:
- 1-ci yer: 3,000 AZN
- 2-ci yer: 2,000 AZN
- 3-cü yer: 1,000 AZN
- 4-10-cu yerlər: 300 AZN
- 11-29-cu yerlər: 100 AZN
- 30-101-ci yerlər: Dəyərli hədiyyələ
Layihənin Məqsədi və İnnovativ Yanaşması
Bu unikal layihə, Oenva MMC tərəfindən təqdim edilən və sırf oyun məqsədi üçün yazılan "DOGON" adlı üç bölümdən ibarət roman üzərində qurulub. İştirakçılar hər bölümü oxuyaraq məntiq və diqqətlərini sınayan tapmacaları həll edir və növbəti mərhələlərə irəliləyirlər. Layihə tamamilə onlayn şəkildə oenva.az saytında təşkil olunur və hər kəsə əlçatan olması ilə fərqlənir.
Bu layihə sayəsində gənclər sadəcə kitab oxumaqla deyil, düşünmə və məntiq bacarıqlarını da inkişaf etdirirlər. Demo versiyası ödənişsiz təqdim olunan layihə ilə iştirakçılar özlərini sınayır, rəqabət mühitində əylənərkən öyrənirlər.
Qeydiyyat və Ətraflı Məlumat
Qeydiyyat artıq başlamışdır və 25 fevral 2025-ci il tarixinə qədər davam edəcək. İştirakçılar iticket.az platforması vasitəsilə biletlərini əldə edə bilərlər. Layihənin bilet qiyməti 17.90 AZN təşkil edir və bu bilet bütün mərhələlərdə iştirak etməyə imkan verir.
Layihədə iştirak etmək üçün iTicket.az-dan "Oxumaq Qazandırır" adlı bileti əldə edib, oenva.az saytında şəxsi profil yaradaraq bileti təsdiqləmək kifayətdir.
Azərbaycan Gənclərinin Dünya Arenasında Yeni Rolu
"Oxumaq Qazandırır" layihəsi təkcə bir oyun deyil, Azərbaycanın dünyaya təqdim etdiyi bir intellektual və mədəni layihədir. Gənclərimiz bu layihə vasitəsilə kitab oxumağı gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirməklə yanaşı, beynəlxalq miqyasda intellektual güclərini nümayiş etdirirlər.
Bu layihə oxumağın gücünü bir daha vurğulayaraq göstərir ki, bilik və zəka hər zaman qalib gəlir!
Layihədə iştirak etmək istəyən şəxslər www.oenva.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Həmçinin +994 99 888 40 88 nömrəsinə WhatsAppdan yaza bilərlər.
Tələsin, yerlər məhduddur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
22 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
25 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 27 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























