Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb, qeyri-neft-qaz ixracının artımı isə dayanıb
7,4 MİLYARD DOLLARLIQ AZALMA
2024-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197 milyon 549 min dollar təşkil edib. Bu, 2023-cü ilə nisbətən 7 milyard 352 milyon 958 min dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550 milyon 507 min dollar təşkil etmişdi.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycandan 14 milyard 437 milyon 355 min dollar dəyərində xam neft, 8 milyard 406 milyon 729 min dollar dəyərində təbii qaz ixrac edilib. Xam neft ixracı dəyər ifadəsilə 1 milyard 803 milyon 474 min dollar və ya 11,1%, təbii qaz ixracı isə 5 milyard 271 milyon 616 min dollar və ya 38,5% azalıb.
QEYRİ-NEFT-QAZ İXRACININ ARTIMI DEMƏK OLAR Kİ DAYANIB
2024-cü ildə Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrә ixracının cəmi dəyəri 3 milyard 356 milyon 507 min dollar olub. Bu dəyər 2023-cü ildə 3 milyard 348 milyon 47 min dollar təşkil etmişdi. Beləliklə, ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 8 milyon 461 min dollar və ya 0,25% artıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
