Ziraat Bank Azərbaycan 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb
(®) Ziraat Bank Azərbaycan 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilri ki, hesabatlara əsasən Bank müsbət inkişaf dinamikasını davam etdirərək 2024-cü ili də xalis mənfəətlə başa vurub.
Uğurlu maliyyə nəticələrinə əsasən bankın cəmi aktivləri 921 mln. manatı keçib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7% artıqdır. 2024-cü il ərzində bankın xalis mənfəəti isə 14 mln. manatı ötüb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 70,4% artım deməkdir.
Kredit portfelində də nəzərə çarpan artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın biznes kreditləri 32,6% artaraq 498 mln manata çatıb, istehlak kreditləri isə 95,4% artaraq 5 mln. manatı keçib.
Kredit portfelində olduğu kimi bankın depozit portfelində də müsbət artım tendensiyası davam etdirilib. Bu da Ziraat Bank Azərbaycana olan inam və etibarın əsas göstəricilərindən biridir. Qeyd edək ki, hesabat dövründə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 37,5% artaraq 565 mln. manatı ötüb.
Bankın uğurları bununla da bitmir. Belə ki, bankın əməliyyat mənfəəti 29,8% artaraq 32 mln. manatı , xalis faiz gəlirləri isə 19,5% artaraq 36 mln manatı ötüb. Bankın qeyri-faiz gəlirləri 31.63% artaraq 20 mln. manata çatıb.
Ziraat Bank Azərbaycan 2025-ci ildə də inkişaf dinamikasını davam etdirməyi planlaşdırır. Qeyd edək ki, bank 30 Dekabr 2014-cü il tarixində bank lisenziyasını almış və bu il 10 illik yubileyini qeyd edir. Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir yaxın zamanda verdiyi müsahibəsində bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər strateji sahələrə dəstək verdiyini, bu gün isə artıq bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğunu bildirib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, X , Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)



.jpg)







