“Qidam”, "Özşəkər" və "ВАШ УРОЖАЙ" qənd məhsullarında uyğunsuzluq aşkar edilib
AQTA çay və qənd məhsulları üzrə aparılan monitorinqlərin nəticəsini açıqlayıbAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Marja.az Agentliyə isrtinadən xəbər verir ki, bBununla əlaqədar keçirilən monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib.
Götürülmüş nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Aşağıdakı cədvəldə qeyd olunan 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Eyni zamanda, müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 2 müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 d. əvvəl
- 12 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu















.jpg)

