ABB biznes proseslərində SİMA İmza-nın geniş tətbiqinə başladı
(®) ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.
Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet Bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:
-Bank hesablarının açılması;
-Pul köçürmələri və konvertasiya əməliyyatları;
-Hökumət ödənişləri;
-ANİPay ödənişləri;
-Kredit ərizələrinin imzalanması;
-ATM və POS terminal əməliyyatları;
-AKB və Asan Finance razılıq ərizələrinin təsdiqi;
-Qeyri-bank xidmətlərindən istifadə
Qeyri-bank xidmətləri dedikdə vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.
Fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn əldə edirlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



