İlham Əliyev: çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Astara Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxıb.
Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.
Prezident İlham Əliyevə məlumat verildi ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı “Astara Çay” MMC-yə məxsusdur.
“Astara Çay” MMC 2010-cu ildə təsis edilib. Quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Bu plantasiyalarda əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınıb. Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır. Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-cı ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülüb.
Prezident İlham Əliyev “Astara Çay” MMC-nin işçiləri ilə söhbət edib:
İŞÇİLƏR: Xoş gəlmisiniz, cənab Prezident. Sizin səfəriniz əlamətdar günə təsadüf edir. Sizi və ailə üzvlərinizi Qurban bayramı münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Sizin sayənizdə sakit, firavan həyat yaşayırıq. Allah Sizi qorusun.
Prezident İlham ƏLIYEV: Sağ olun. Mən də Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Şadam ki, siz burada işləyirsiniz. Oradakı fotoşəkillərdə bu sahənin əvvəlki görüntüləri əks olunub. Burada heç bir təsərrüfat yox idi, kol-kos idi. İndi gözəl çay plantasiyaları yaradılıb və siz də ənənəvi işlə təmin olunmusunuz. Çünki çayçılıq cənub zonası, xüsusilə Lənkəran üçün ənənəvi sahədir. Burada həm dövlət üçün, həm də özünüz üçün fəaliyyət göstərirsiniz. Həm çayçılıq inkişaf edir, həm də siz əməkhaqqı alırsınız. Çayçılıq çox gözəl, ekoloji cəhətdən təmiz işdir. İşləmək də o qədər çətin deyil.
İŞÇİLƏR: Buna görə də Sizə minnətdarıq. Çox sağ olun. Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLIYEV: Sağ olun. Lənkəranda çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq. Çayçılığın əvvəlki şöhrətini bərpa edəcəyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
-
- 7 d. əvvəl
-
25 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
27 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal

























