Mərkəzi Bankda 1 departament ləğv edilib, 3 yeni departament yaradılıb- TƏYİNATLAR
Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçirilib.
Məlumata görə, qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament yaradılıb. Bunlar, Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentidir. 1-ci departamentə direktor Samir Rzayev, 2-ci departamentinə direktor isə Xəyyam İsmayılov təyin edilib.
S.Rzayev indiyə qədər AMB-nin Maliyyə monitorinqi departamentinin direktoru, X.İsmayılov ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi olub. Maliyyə monitorinqi departamentinə rəhbərlik Orxan Abdullayevə həvalə olunub.
Bundan başqa, AMB-də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti yaradılıb. Ona hələ ki, direktor təyin olunmayıb.
Eyni zamanda, Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev vəzifəsindən azad edilib.
XXX
Mərkəzi Bankdan Marja.az-a bildirilib ki, Fuad Səbziyevin vəzigəsindən azad olunması ilə bağlı xəbər yalnışdır: "Fuad Səbziyev Mərkəzi Bankdadır və direktor müavini olaraq fəaliyyətini davam etdirir. Həmçinin İT idarəetmə və arxitektura şöbəsi də ləğv olunmayıb, sadəcə saytdan (cbar.az - red) çıxarılıb".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























