“PAŞA Bank” iri həcmli sindikat krediti təqdim etdi - MƏBLƏĞ, KREDİT AYRILAN ŞİRKƏTLƏR
16.3 milyon manat məbləğində olan sindikat krediti iki şirkətə - "AZƏRMAŞ" ASC və "İRŞAD Electronics" MMC-yə ayrılıb.Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" yerli bazarda mühüm bir sindikat kredit əqdi bağlayıb.
Marja.az Banka istinadən xəbər verir ki, 16.3 milyon manat məbləğində olan bu kredit əqdi yerli tənzimləyici tələblərə uyğun və beynəlxalq standartlara əsasən (LMA standartları) təşkil edilib.
"PAŞA Bank", təşkilatçı bank qismində çıxış edərək, digər maliyyə institutların iştirakı ilə sindikat kredit vəsaitlərini iqtisadiyyatımızın real sektorunda fəaliyyət göstərən iki şirkətə - "AZƏRMAŞ" ASC və "İRŞAD Electronics" MMC-yə ayırıb.
Bu əqd, Azərbaycan bazarı üçün mühüm yenilik olmaqla yanaşı, yerli maliyyə sektorunun inkişafında böyük bir addımdır.
"PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyev bu nailiyyəti belə şərh edib:
"Maliyyə resurslarının əlçatanlığı istənilən biznesin inkişafında əsas amillərdən biridir. Bugünə qədər "PAŞA Bank" alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cü ildə Bank “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalarla tanışlıq" adlı tədbirlərə ev sahibliyi edib. Məqsədimiz, yerli maliyyə sektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır.
Bu təşəbbüslərin məntiqi davamı olaraq, yeni beynəlxalq standartlar və müəyyən edilmiş qanunvericilik normalarına uyğun olaraq, bu uğurlu addım atılıb. Əvvəllər kredit məhsullarımızın əsasını ənənəvi maliyyələşmə növləri təşkil edirdisə, indi biz imkanlarımızı şaxələndirərək, korporativ müştərilər və KOS üçün sindikatlaşdırılmış kreditlər cəlb etmək imkanını təqdim edirik.
Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, həyata keçirilən bu əqd, fəaliyyətimizin bu istiqamətdə ilk bəhrəsidir və Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcəkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




