Tuna balığı 1,3 milyon dollara satılıb - Bu, Yaponiyada iqtisadi canlanma ümidlərini gücləndirir
İlin ilk tuna hərracı qeyri-rəsmi olaraq ilin iqtisadi proqnozu hesab olunur. Tuna nə qədər baha satılırsa, bir o qədər yaxşıdır. Bu, Yaponiyada davamlı iqtisadi canlanma ümidlərini gücləndirir.Bazar günü Yaponiyanın paytaxtı Tokioda məşhur balıq bazarında ilin ilk hərracda mavi üzgəcli tuna (tunes) balığı 207 milyon yendən (1,3 milyon dollar) baha qiymətə satıldıb ki, bu da rekordlar üzrə ikinci ən yüksək qiymətdir və Yaponiyada davamlı iqtisadi canlanma ümidlərini gücləndirir. İlin ilk tuna hərracı qeyri-rəsmi olaraq ilin iqtisadi proqnozu hesab olunur. Tuna nə qədər baha satılırsa, bir o qədər yaxşıdır.
Marja.az "Kyodo News"a istinadən xəbər verir ki, son illərdə paytaxtın əsas turistik yerlərindən birinə çevrilən Toyosu bazarında tuna balığının satışı üzrə canlı auksion səhər saat 5:10-da başlayıb.
Aomori adasının şimal-şərq prefekturasında Oma sahillərində tutulan 276 kiloqramlıq tuna balığı topdansatıcı və "Sushi Ginza Onodera" restoranlar şəbəkəsini idarə edən şirkət tərəfindən birgə alınıb.
"İlin ilk tuna balığı uğurlar gətirir. Biz insanlarda yeməklə təbəssüm yaratmaq istəyirik", - suşi restoranının rəhbəri Şinji Naqao bildirib.
2019-cu ildə mavi üzgəcli tuna balığı 333,6 milyon yenə satılıb ki, bu da 1999-cu ildən müqayisə oluna bilən məlumatların əldə edilməsindən bəri ən yüksək qiymətdir.
Lakin COVID-19 pandemiyasının başlaması ilə 2021-ci ildə qiymət 20,8 milyona düşmüşdü. Daha sonra qiymət 2023-cü ildə 36,0 milyon yenə, 2024-cü ildə isə 114,2 milyon yenə yüksəlmişdi.
73 yaşlı balıqçı Masahiro Takeuçi şənbə günü səhər tutduğu ton balığını gördüyü anı xatırlayaraq, "İnək kimi kök idi" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






