Wall Street banklarının qızılın üçün 2025-ci il proqnozları
Qızıl qiymətlərindəki artımın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Financial Times-ın (FT) sorğusunun nəticələrinin orta göstəricisinə görə, 2025-ci ilin sonuna qədər qızılın unsiyasının təxminən 2795 dollara yüksələcəyi gözlənilir.Wall Street analitiklərinin fikrincə, qızılın qiyməti 2025-ci ildə daha da artacaq, lakin keçən ilki 27 faizlik artımdan zəif olacaq.
Marja xəbər verir ki, Financial Times-ın sorğusuna əsasən orta hesablamalara görə, ilin sonuna qədər qızılın unsiyasının qiymətinin təxminən 2795 dollara yüksələcəyi gözlənilir.
Hazırda beynəlxalq bazarlarda qızılın unsiyası 2 min 634 dollar səviyyəsindədir. Hesablamalar 6,1 faiz artıma işarə edir.
Qızılın, 2022-ci ildə Ukraynaya tam müdaxiləsindən sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsilə dollardan uzaqlaşan qlobal mərkəzi bankların alışlarından faydalanmağa davam edəcəyi gözlənilir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salması, yeni seçilmiş prezident Donald Trampın administrasiyası dövründə ABŞ hökumətinin borc səviyyəsinin artması ilə bağlı narahatlıqlar, Yaxın Şərq və Ukraynadakı münaqişələrin də qiymətləri artıracağı gözlənilir.
Heraeus Precious Metals-in qlobal ticarət rəhbəri Henrik Marks, qızılın bu il troya unsiyası üçün 2950 dollara çata biləcəyini proqnozlaşdırır. O, “Mərkəzi bankların faizlərinin gələn il alış üçün güclü əsas olacağını düşünürük” deyib.
Trampın ikinci prezidentlik müddətinin də qızıl qiymətlərinə dəstək olacağını qeyd edən Marks, "Elan etdiyi hər şey borcu artıracaq, bu da dolların zəifləməsinə və inflyasiyanın artmasına səbəb olacaq. Bu, qızılı bahalaşdıra biləcək bir vəziyyətdir" deyib.
Ən yüksək proqnoz Goldman Sachs-dandır
Sorğuda iştirak edənlər arasında ən yüksək qiymət proqnozu 3000 dollar olmaqla Goldman Sachs tərəfindən verilib. Goldman mərkəzi bankların tələbini və FED-in gözlənilən faiz endirimlərini əsas gətirir.
Barclays ucuzlaşma gözləyir
Barclays və Macquarie qızılın qiymətinin ilin sonuna qədər 1 unsiya üçün 2500 dollara düşəcəyini gözləyirlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
15 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 49 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub






.jpg)
.jpg)



.jpg)



.jpg)









