ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, yanvarın 3-dən Bakı–Balakən–Bakı səfərlərinə start veriləcək
ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.Qeyri-iş günləri elan edilmiş 30 dekabr – 5 yanvar tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-nin yaydağı məlumatda bildirilir ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
ADY bayram günlərində qatarla səfərlərə tələbatın artacağını nəzərə alaraq, sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə həmin günlərə əlavə reyslər təyin edilib.
30 dekabr – 5 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar hər gün Bakıdan Ağstafa istiqamətinə saat 08:00, 09:15 və 18:00-da, Ağstafadan Bakı istiqamətinə isə hər gün saat 08:20, 16:40 və 17:00-da yola düşəcək.
Həmçinin tətil günlərini Qəbələdə keçirmək istəyənlər üçün 1 yanvar tarixi istisna olmaqla hər gün Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri təşkil ediləcək. Belə ki, 30 dekabr və 3 yanvarda hər iki istiqamətdə, 31 dekabr və 4 yanvarda Bakıdan Qəbələyə, 2 və 5 yanvarda isə Qəbələdən Bakıya əlavə reyslər təyin edilib.
ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya ady.az saytına keçid edə bilərsiniz.
Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 28 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















