Əcnəbilər Azərbaycanda kartlar ilə 2,5 milyard manat xərcləyiblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.
Marja.az İcmala istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2,5 milyard manat, yalnız noyabr ayında isə 259,1 milyon manat dəyərində əməliyyat aparılıb.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş əcnəbilərin sayı ümumilikdə 2 milyon 412 min nəfər olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Ölkəyə səfər edən əcnəbilərin təxminən 57 faizi Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn ziyarətçilərin payına düşüb ki, müvafiq ölkələr üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb (müvafiq olaraq 18%, 14%, 7% və 30%). Gəlmə sayı üzrə ilk beşlikdə üçüncü olaraq qərarlaşan Hindistandan ölkəmizə səfər edənlərin sayı 214 min 713 nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Bununla yanaşı, müvafiq dövrdə Çin və Cənubi Koreyadan ölkəyə gələnlərin sayında 2 dəfəyə yaxın, Qazaxıstan və Pakistandan 1,5 dəfə, Türkmənistandan 1,3 dəfə, Özbəkistandan 1,2 dəfə, Omandan gələnlərin sayında 45, Səudiyyə Ərəbistanından gələnlərin sayında 23, Ukraynadan gələnlərin sayında isə 16 faiz artım müşahidə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















