Dövlət Xidməti Yanacaq Doldurma Məntəqələri üzrə daxil olan şikayətləri açıqlayıb
Bu ilin yanvar-noyabr aylarında istehlakçılardan Yanacaq Doldurma Məntəqələrində (YDM) göstərilən xidmətlər və yanacağın keyfiyyəti ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə ümumilikdə 15 müraciət daxil olub.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlardan 7-si yanacaq çəninin tutumuna və ya ödənilən məbləğə uyğun olmayan həcmdə yanacağın çənə vurulması, 7-si yanacağın keyfiyyəti, 1-i isə YDM-də məlumatlandırıcı lövhələrin yerləşdirilməsi ilə bağlı olub.
Sözügedən müraciətlərdən 2-i təmin olunub, 4 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 6 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.
Məlumat üçün qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.
YDM-də təklif olunan yanacağın keyfiyyəti, həcm və hesablaşmalarda uyğunsuzluq və digər hallarla əlaqədar dəqiq faktlar (sübutlar) Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcəkdir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















