Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib
Unibank İnsan Resurslarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi prosesini başa çatdırıb.
Bankın İR biznes proseslərini təkmilləşdirmək üçün Unibank intuitiv interfeysə malik, çoxlu sayda İR alətlərini cəmləşdirən, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, işə qəbul və distant öyrənmə proseslərini avtomatlaşdıran vahid idarəetmə sisteminə üstünlük verib. Bu, gündəlik iş proseslərini sadələşdirmək, işdə olmama günlərinin izlənməsi və məzuniyyətlərin planlaşdırılmasında şəffaflığın artırılması məqsədilə edilib.
Avtomatlaşdırma prosesi SMART business tərəfindən həyata keçirilib. Proses zamanı tətbiq edilən SMART business şirkətinin SMART HCM & LMS həlli funksionallığına, inteqrasiya imkanlarına, çevikliyinə və rəqabətli qiymətinə görə seçilib. Proses boyu lazım olan bütün imkanlar vahid ekosistem daxilində həyata keçirildiyi üçün bu da “Unibank”a filiallar üzrə kadrların idarə edilməsi proseslərini konsolidasiya etməyə və vahid, optimallaşdırılmış yanaşma qurmağa imkan verib.
Həllin əsas üstünlüklərindən biri onun təhlükəsizliyidir. Bank sektorunda təhlükəsizlik məlumat sızmalarından, maliyyə və reputasiya risklərindən qorunmaq üçün vacibdir. Microsoft texnologiyalarına əsaslanan SMART HCM & LMS sənaye standartlarına cavab verən şifrələmə protokolları təklif edir, sistemə giriş üçün çoxfaktorlu autentifikasiya üsulları yüksək təhlükəsizliyi təmin edir. Bu, “Unibank”ın məlumatlarının ən son beynəlxalq GDPR standartlarına uyğun olaraq qorunduğunu təmin etməyə imkan verir və öz növbəsində məlumatların təhlükəsizliyi və müştəri etibarını artırır.
Unibank məlumatların idarə edilməsi və strukturun vizuallaşdırılması üçün “HR Administration” kimi vacib modullara üstünlük verərək, SMART HCM & LMS-i tətbiq edib. “Staff Assessment”, “Goal Setting”, “Competency Development”, “Event Organization”, “Self-service Portal, Manager’s Portal” və “E-Learning” kimi moduların tətbiqi isə ümumi əməliyyat səmərəliliyini artırıb.
SMART HCM & LMS həllinin tətbiqi Unibank üçün insan kapitalına səmərəli investisiyaya çevrilməklə, səmərəliliyin və əməkdaşların məmnuniyyətinin artırılması şəklində “faiz gəliri” qazandırıb.
Unibank haqqında
Unibank, 2002-ci ildə MBANK və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaranıb və Azərbaycanın aparıcı özəl maliyyə qurumlarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə geniş xidmət spektri təklif edir və geniş filial şəbəkəsinə malikdir. Unibank fəaliyyət göstərdiyi 32 il ərzində bir çox beynəlxalq mükafatlar qazanıb. Daha ətraflı: https://unibank.az
SMART business haqqında
SMART business ERP, CRM və HRM sistemlərinin tərtibatı, tətbiqi, dəstəklənməsi və müvafiq təlimlərin keçirilməsi üzrə ixtisaslaşmışdır, o cümlədən prediktiv analitika və süni intellekt texnologiyalarını əhatə edir. 15 ildən çox təcrübəyə malik olan SMART business Dynamics 365, Office 365, Azure və Power BI kimi Microsoft platformaları əsasında həllər təqdim edir, məlumat və maşın öyrənmə texnologiyalarından istifadə edərək müştərilər üçün strateji, kompleks biznes həlləri ilə təklif edir. Daha ətraflı məlumat üçün: https://bit.ly/3CeGv2A
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





