Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da “CB” İstehlakçı İnam İndeksinin dərc olunması fonunda dollar avro qarşısında ucuzlaşdı, lakin, bugün səhər saatlarında artıq öz mövqelərini bərpa edə bildi.
Belə ki, valyuta cütlüyü 1.0417 həddindən 1.0388 həddinə qədər ucuzlaşıb. “Brent” markalı neftin isə bir barrel üçün qiyməti 72.20$-dan 73.25$-a kimi bahalaşıb. “Bitcoin”-ın qiyməti bir neçə gündür davam edən eniş tendensiyasını qoruyur və artıq token 95000$ səviyyəsinin altında ticarət olunur.
Bazar ertəsi verilən məlumatlara əsasən, dekabr ayında ABŞ-da “CB” İstehlakçı İnam İndeksi 112.8 bənd səviyyəsindən 104.7 bənd səviyyəsinə qədər geriləyib. Eləcə də, ölkədə Yeni Mənzil Satışlarının Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 5.9% artaraq 664 minə qədər yüksəlib.
Böyük Britaniyanın ÜDM-i 2024-cü ilin üçüncü rübündə əvvəlki rüb ilə müqayisədə dəyişməyib. Analitiklər göstəricinin 0.1% artacağını proqnozlaşdırmışdılar. Həmçinin, ölkə ÜDM-in üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə artım tempi daha əvvəl qeyd edildiyi kimi, 1% yox, 0.9% təşkil edib. Kanadada isə oktyabr ayında ölkə ÜDM-i aylıq ifadədə 0.3% artıb.
Milad Bayramı ilə əlaqədar olaraq beynəlxalq birjalarda aktivliyin aşağı düşdüyünün şahidi oluruq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




