Honda-nın səhmlərini geri alması qərarı bahalaşmaya səbəb oldu
Honda və Nissan-ın birləşəcəyi barədə xəbərlər Honda səhmlərinin ucuzlaşmasına səbəb olmuşdu. Honda, səhmlərinin dörddə birinə qədərini bazardan geri alacağını elan etdikdən sonra vəziyyət tərsinə çevrilib, səhmləri bahalaşıb.
Marja xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi əvvəlki gün 1,1 trilyon yen (7 milyard dollar) məbləğində səhm geri alacağını elan etdikdən sonra, Honda səhmləri çərşənbə axşamı 16 faizdən çox dəyər qazanıb.
Honda tərəfindən elan edilən geri satınalma proqramı, ona Honda səhmlərinin 24%-ə qədərini almağa imkan verəcək.
Səhm geri satınalma qərarı, Honda və Nissan-ın bazar ertəsi günü birləşmə haqqında danışıqlara başlamaq barədə razılığa gəlməsindən sonra elan edilib. Honda və Nissan şirkətləri Çinin avtomobil istehsalçıları və ABŞ-ın Tesla şirkətilə elektrikli avtomobillər bazarında rəqabət apara bilmək üçün birləşməyi nəzərdə tuturlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















