“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb
(®) Artıq iki ildir ki, “Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü uğurla başa çatıb. Fevral ayında start götürən liqa 10 ay boyunca intellektual mübarizə ilə dolu maraqlı turnirlərə ev sahibliyi edib. Ümumilikdə, 22 turnirdə 20-dən artıq müəllifin hazırladığı suallar səsləndirilib.
Maraqlı və rəqabətli mövsümün sonunda Peşəkar İntellekt Liqasının qalibi “Bersek” komandası olub. Bu komanda bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.
İkinci yerə “Dərələyəz”, üçüncü yerə isə “Malcon Y” komandası layiq görülüb. “Qış Kuboku”nda isə l yerə “Vendetta” komandası, ll və lll yerlərə isə müvafiq olaraq “Revolver” və “Oğuz” komandaları sahib çıxıblar.
Qaliblər “Misli” və təşkilatçılar tərəfindən kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Liqada top 10 müəllif “Misli”dən xüsusi hədiyyələr qazanıb.
Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası “Misli”nin sponsorluğu və “Consensus İntellektual Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilib. Layihənin növbəti ildə də davam etdirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
4 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
6 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
9 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
11 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 19 d. əvvəl
- 21 d. əvvəl
- 30 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























