Azərbaycan şirkəti Dollar istiqrazları buraxıb, Birja siyahısına daxil edib - ŞƏRTLƏR
"Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə alınmışdır
20 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Silk Vey Vest Aviaşirkəti” MMC-nin 20 milyon dollarlıq istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi 23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Təklif olunacaq faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ Dolları, illik faiz dərəcəsi 5,5%-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Silk Vey Vest Aviaşirkəti” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004023514
İstiqraqzların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli
İstiqrazların sayı: 20 000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 USD
Buraxılış həcmi: 20 000, 000 USD
İllik gəlirlilik faizi: 5.5%
Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Ticarətə buraxılma tarixi: 23.12.2024
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
