DOĞMA DİYARLARA HƏYAT QAYIDIR - ”Ağdam Rezidens”
İşğaldan azad edilmiş doğma torpaqlara həyat yenidən qayıdır. Qarabağın qapısı adlandırılan Ağdamın mərkəzində inşa edilmiş ilk yaşayış kompleksinin davamı olaraq yeni yaşayış kompleksinin tikintisinə start verilib. Müasir memarlıq, əlverişli yerləşmə, rahat mənzillər, yüksək infrastruktur Qarabağın parlaq gələcəyinə yatırım imkanı yaradır.
Yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən biri, Qarabağın isə incisinə çevriləcək Ağdamda yerləşən bu yaşayış kompleksi geniş infrastruktur, zövqlə dekorasiya edilmiş evlərlə həyat keyfiyyətinizi artıraraq əvəzolunmaz rahatlıq bəxş edəcək. Tikinti sektorunun ən sonuncu həllərini istifadə edən, zamanın sınağına tab gətirən layihələri təqdim etmək üçün innovativ alətlər və metodologiyalardan istifadə edən, həmçinin infrastruktur olaraq da sakinlərinin ehtiyaclarını uzağa getmədən bir kompleksdə toplayan “Aghdam Residence” şəhərin mərkəzi yolları üzərində, Pənahəli xanın imarəti və Bayraq Meydanının yaxınlığında yerləşir.
Modern standartlara cavab verən "Business class" yaşayış kompleksi 30 ədəd 1 otaq studio tipli, 60 ədəd 2 otaqlı, 20 ədəd 3 otaqlı və 10 ədəd 4 otaqlı olmaqla, ümumilikdə 120 mənzildən ibarətdir. Əlavə olaraq 20 ədəd kommersiya, 54 ədəd üstüqapalı parkinq sahəsi nəzərdə tutulub.
Qeyd edək ki, “Aghdam Residence” Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” şirkətlərinə məxsus layihədir. Korporativ sosial məsuliyyəti yüksək tutan, öz köklü təcrübəsi ilə seçilən “PMD Group” Ağdamın mərkəzində salınan ilk yaşayış mərkəzini yaratmaqla vətənimizə və xalqımıza xidmət edir. Bu yaşayış kompleksi Qarabağın və bilavasitə Ağdam şəhərinin yenidən qurulması, abadlaşdırılması və inkişafının təmin olunması istiqamətində atılan ilk addımlardandır.
Xatırladaq ki, “Ağdam Rezidens” işğaldan azad olunmuş torpaqlarda qurulan ilk müasir yaşayış komplekslərindən biridir.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün *5775 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)













