Keçmiş "Azərsu"da böyük zərər - XALİS ZƏRƏRİ DAHA DA ARTIB
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin zərəri 27 %-ə yaxın artıb.İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Pablik Hüquqi Şəxs (keçmiş "Azərsu") 2023-cü ili 226 milyon 293 min manat xalis zərər ilə başa vurub. Xidmət 2022-ci ili 178 milyon 644 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin xalis zərəri 47 milyon 649 min manat və ya 26,7% artıb.
Marja.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin satışdan gəliri 2022-ci ildə 282 milyon 429 min manat ikən, 2023-cü ildə 304 milyin 41 min manata yüksəlib.
2023-cü ildə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin cəmi gəlirləri 311 milyon 897 min manat, cəmi xərcləri 538 milyon 75 min manat təşkil edib 2022-ci ildə Xidmətin cəmi gəlirləri 294 milyon 671 min manat, cəmi xərcləri 473 milyon 315 min maant təşkil etmişdi. Beləliklə, ötən il Xidmətin gəlirlərinin 17 milyon 226 min manat artmasına qarşılıq, cəmi xərcləri 64 milyon 760 min manat artıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti çevrilmə formasında yenidən təşkil olunmuş və fəaliyyətini 26 aprel 2024-cü ildən etibarən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxs olaraq davam etdirməyə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

















