Bank 10 milyon manat ayıraraq, termal istiliklə işləyən rezervuarın inşasına qatılıb
Dayanıqlı, ekoloji təhlükəsiz və “yaşıl” zirvələrə doğru – birlikdə!(®) Qlobal iqlim dəyişikliyi, dünyada hər keçən gün daha ciddi və genişmiqyaslı təsirlər yaratmağa davam edir. İqlim dəyişikliyi ilə mübarizə, yalnız ekoloji deyil, həm də iqtisadi və sosial sahələrdə hər bir ölkə və beynəlxalq təşkilat üçün əsas prioritetlərdən birinə çevrilib.
COP29: qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı beynəlxalq əməkdaşlıq
Bu, məsələni effektiv şəkildə həll etmək və gələcək nəsillərə ekoloji cəhətdən təmiz bir planetin miras qoyulmasında mühüm rol oynayır. Qlobal səviyyədə davam edən iqlim dəyişmələrinin təsirini azaltmaq üçün bir çox ölkə, “yaşıl maliyyə” həlləri tətbiq edərək, iqtisadi inkişafı ekoloji təmiz və bərpa olunan resurslara yönəltməkdədir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində daha da ön plana çıxıb.
2024-cü ildə Bakı şəhərində keçirilən COP29, Azərbaycanın qlobal iqlim siyasətinə verdiyi əhəmiyyətin və ölkəmizin yaşıl transformasiya yolundakı irəliləyişlərinin simvolu oldu. Bu mühüm tədbir, qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı beynəlxalq əməkdaşlıq və innovativ yanaşmaların tapılmasına dair yeni təşəbbüslərin müzakirə olunduğu bir platformaya çevrildi.
“PAŞA Bank”dan iqtisadiyyatın yaşıl transformasiyasına dəstək
Azərbaycan, həm beynəlxalq həm də yerli səviyyədə ekoloji və sosial məsuliyyətlərini qəbul edərək, iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün ardıcıl və məqsədyönlü addımlar atır. Bu kontekstdə, ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, Azərbaycanın yaşıl maliyyə sahəsindəki təşəbbüslərini gücləndirərək, dayanıqlı iqtisadi inkişafın önündə getməkdədir. Bank, Azərbaycanda “yaşıl” layihələrə yönəlmiş sərmayələrini genişləndirərək, iqtisadiyyatın müvafiq transformasiyasını dəstəkləyir və gələcək nəsillər üçün daha dayanıqlı və təmiz ətraf mühitin yaradılmasına öz töhfəsini verir.
“PAŞA Bank”ın strateji məqsədlərindən biri, ətraf mühitin qorunmasını və enerji səmərəliliyini təşviq edən layihələrin maliyyələşdirilməsidir. Bank, Azərbaycanın yaşıl enerji keçidini dəstəkləmək üçün 10 milyon AZN ayıraraq, termal istiliklə işləyən rezervuarın inşasına qatılıb. Bu təşəbbüs, ölkənin dayanıqlı enerji təchizatı sahəsində əhəmiyyətli bir addım olaraq, Bankın “yaşıl” portfelini daha da şaxələndirir.
Bundan əlavə, “PAŞA Bank” ətraf mühitə mənfi təsir verməyən nəqliyyat növlərinə investisiyaları ilə də diqqət çəkir. "Xaliq Faiqoğlu" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində Bank 50 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və 5 ədəd elektrikli avtobusun idxalını maliyyələşdirib. Bu investisiyalar, Azərbaycanın şəhər mərkəzlərində daha təmiz ictimai nəqliyyatın təşviqinə və CO₂ emissiyalarının azalmasına xidmət edir.
Ölkəmizin kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafı
“PAŞA Bank”ın yaşıl layihələrə olan dəstəyi yalnız enerji və nəqliyyatla məhdudlaşmır. Bank, Azərbaycanın kənd təsərrüfatı sektorunda da dayanıqlı inkişafa dəstək verir. Bank, su sərfiyyatını azaldan və kənd təsərrüfatının məhsuldarlığını artıran müasir suvarma texnologiyalarına 15 milyon AZN sərmayə qoyub. Bu təşəbbüslər, təkcə kənd təsərrüfatı sektorunu dəstəkləmir, eyni zamanda qlobal su ehtiyatları və qida istehsalı ilə bağlı dayanıqlı inkişaf məqsədlərinə uyğun gəlir. Əlavə olaraq Bank, mədən sənayesindəki əməliyyatları karbonsuzlaşdırmaq məqsədilə, dizel generatorların elektrik stansiyalarla əvəzlənməsinə dəstək verir.
"PAŞA Bank"ın bu sahədə dəstəklədiyi layihələr, yalnız bugünkü iqtisadiyyatın dayanıqlılığını deyil, həm də gələcək nəsillər üçün təmiz və təhlükəsiz bir dünya təmin etməyi hədəfləyir. Bu təşəbbüslər Azərbaycanın qlobal iqlim səhnəsində nüfuzunu artırmaqla yanaşı, ekoloji məsuliyyət və innovasiya yolunda beynəlxalq əməkdaşlığa yeni imkanlar və üfüqlər açacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 52 d. əvvəl
-
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
4 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır





















