Cənubi Koreya vonu hərbi vəziyyət xəbərilə Dollar qarşısında kəskin ucuzlaşdı
Cənubi Koreyada Şimali Koreyanın "tərəfdarları ilə mübarizə" üçün hərbi vəziyyət elan edilib.ABŞ Dollarının Cənubi Koreya vonuna qarşı məzənnəsi 2022-ci ilin Noyabr ayından bəri ən yüksək həddə yüksəlib.
Marja.az xəbər verir ki, beynəlxalq Forex bazarında USD//KRW məzənnəsi Bakı vaxtı ilə saat 18:11-də 1,37% artaraq 1423,2 von təşkil edib. Sonuncu dəfə məzənnə bu səviyyədə 4 noyabr 2022-ci ildə olub.
Bundan əvvəl Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyət elan edib. Dövlət başçısının sözlərinə görə, qərar “Şimali Koreya tərəfdarı olan qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün” qəbul edilib.
Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib. O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb. Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
Cənubi Koreyada bütün ordu birləşmələri komandirlərinin iclası çağırılıb. Bu barədə “Yonhap” məlumat yayıb. Bildirilib ki, iclas ölkənin Müdafiə Nazirliyində keçiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















