ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!
ABB-nin mobil bank tətbiqi olan ABB mobile Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatını alıb.
“İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra təqdim olunub.
Sözügedən sertifikat təşkilatlara özlərinin və müştərilərinin məxfi məlumatlarını ən etibarlı şəkildə qoruyaraq idarə etməyə kömək göstərən beynəlxalq çərçivədir. ISO:IEC 27001:2022 ilə şirkətlər risklərini müəyyənləşdirir, onların azaldılması üçün ardıcıl tədbirlər görürlər. Beləliklə, bu sertifikat onu əldə etmiş qurumun işgüzar nüfuzunu, müştərilərin maraqlarını qoruyur.
ABB mobile tətbiqinin ISO:IEC 27001:2022 serfitikatına layiq görülməsi tətbiq istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə olunduğunu göstərir.
ABB mobile tətbiqi 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var. Getdikcə inkişaf etdirilən imkanları, genişləndirilən çoxsaylı funksionallıqları ilə ABB mobile tətbiqi universal maliyyə xidmətləri platformasına çevrilib. Tətbiq müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.
ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 33 d. əvvəl
-
42 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
55 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
57 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 59 d. əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb

















.jpg)





