Pambıq sahələri susuz qalıb - "Ağ qızıl" məhv olur
Biləsuvarda vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, pambıq sahələri susuz qalıb. Bu il havaların quraq keçməsi və yağışların az yağması təsərrüfatçıların işini daha da çətinə salıb. Tarlaların vaxtında suvarılmaması ağ qızılın məhv olmasına gətirib çıxaracaq.
Biləsuvarın Ağalıkənd kənd sakini Anar Abbasov ailə üzvləri ilə birlikdə bu il 60 hektar sahədə pambıq əkib. Aqrotexniki qaydalara vaxtında əməl edən fermer əkin sahələrini dörd dəfə suvara bilib. Tarlaların ən çox suya ehtiyac olduğu vaxt fermerlər su tapa bilmir.
Kənd sakini Anar Abbasov: “Təxminən onun 20 hektar yerimiz bu vəziyyətdədir. Yanır, əldən gedir. İndi deyirlər su yoxdur. Amma su da olanda deyirdilər ki, növbəli şəkildədir.”
Analoji vəziyyət rayonun Nəsimikənd kəndində də yaşanır. Kəndlilər bildirir ki, suyun verilməməsi sahələrdə bitkini məhv edir.
Nəsimikənd sakini Anar Hüseynov: “Cənab prezidentin göstərişinə əsasən pambıq əkmişik. Yeddinci ayın 23-də axırıncı dəfə suvarmışam. İndi bu ayda da suvarmalıyam. Su olmadığından suvara bilmirəm. Kimə də müraciət edirəm deyirlər ki, su yoxdur. Məhsulumuz da bərbaddır, yerə tökülür.”
Nəsimikənd sakini Əlisa Rzayev: “2000 manat kredit götürmüşəm pambığın becərilməsi üçün . Aidiyyatı təşkilatlara ünvanlamışıq, su problemin həll etmədiklərinə görə pambıq bu vəziyyətə düşüb, yanıb . Köməklik edəcəklər, etmiyəcəklər bilmirəm.”
Məsələ ilə bağlı Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev ARB-yə bildirdi ki, rayonda əkin sahələri növbəli sistemlə suvarılır. Bu günə kimi 9805 hektar sahəyə üç, 2600 hektar sahəyə isə idarə əməkdaşları tərəfindən dörd dəfə su verilib.
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev: “Mülkiyyətçi etiraf edirsə 4 dəfə su vermişəm. Deməli onun yerində aqrotexniki qaydada zəif olub ki, bu günləri o beşinci suyu istiyir. Halbuki, 4 dəfə verilən su kifayət edərdi, və yüksək məhsul da 4 su ilə əldə etmək mümkündür.”
İdarə rəisi hazırki vəziyyəti Araz çayında sululuğun kəskin azalması ilə əlaqələndirdi. Yay fəslində normadan artıq kecən isti havalar Araz çayında suyun azalmasına səbəb olub. Mütəxəssislər bildirir ki, hazırda əkin sahələrinin suvarılması üçün Araz çayının imkanları yetərli deyil.
Aqronom Piruz Quliyev: “O çayların hər ikisində minimum 45-50 m3 su olmalıdır. Amma hazırda Kürdən və Arazdan dediyimiz kubmetrdən aşağı su axırsa, təbii ki, Biləsuvar rayonuna daxil olan su bizim əkin sahəmizi təmin etmir.”
Ötən il Biləsuvarda 6040 hektar ərazidə pambıq əkilmişdisə, bu il bu rəqəm 11 min 200 hektara çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












