Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
(®) Ötən gün ABŞ-da proqnozların altında dərc olunan statistik məlumatlar fonunda beynəlxalq birjalarda dollar Yapon yeni qarşısında kəskin şəkildə ucuzlaşıb.
Belə ki, USD/JPY valyuta cütlüyü dünən səhər saatlarından indiyədək 154.470 səviyyəsindən 152.230 səviyyəsinə qədər enib. Amerika fond indeksləri isə çərşənbə axşamı gününü artım ilə bitiriblər, xüsusi ilə “Dow Jones” və “S&P 500” indeksləri tarixi rekord hədlərini yeniləyiblər.
Federal Açıq Bazar Komitəsinin (FOMC) 6-7 noyabr tarixli iclasının protokollarına əsasən, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyi faiz dərəcəsinin tədricən daha da azaldılmasını dəstəkləyir. Pul-kredit siyasətinin perspektivlərini müzakirə edən iclas iştirakçıları qeyd ediblər ki, statistik məlumatların proqnozları doğruldacağı təqdirdə, yəni məşğulluq maksimum səviyyəyə yaxın qalarkən inflyasiya davamlı olaraq 2%-ə enməkdə davam edərsə, bu istiqamətdə mərhələli hərəkətin daha neytral faiz dərəcəsinə davam etdirilməsi məqsədəuyğun olacaq.
Xatırlamaq lazımdır ki, FED noyabr ayında uçot dərəcəsini 25 baza bəndi azaldıb illik 4.5%-4.75%-ə endirib və qeyd edib ki, ABŞ-da inflyasiyanın “bir qədər yüksək” qalmasına baxmayaraq, FOMC hədəfinə yaxınlaşıb və iqtisadi fəallıq zəifləyən əmək bazarına baxmayaraq, güclü templə artmaqda davam edir. Sentyabr toplantısında faiz dərəcəsi 50 baza bəndi azaldılıb.
“Conference Board” araşdırma şirkətinin çərşənbə axşamı verdiyi məlumata əsasən, ABŞ-da İstehlakçı İnam İndeksi noyabr ayında 109.6 bənd səviyyəsindən 111.7 bənd səviyyəsinədək yüksəlib. Bu, son 16 ayın ən yüksək səviyyəsidir. “The Wall Street Journal”-ın sorğusuna qatılan analitiklər isə göstəricinin orta hesabla 111 bəndədək yüksələcəyini proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin Ticarət Departamentinin məlumatına görə, ABŞ-da yeni evlərin satışı oktyabr ayında əvvəlki ay ilə müqayisədə 17.3% azalaraq illik nisbətdə 610000-ə qədər enib. Bu, son iki ilin ən aşağı göstəricisidir. Analitiklər yalnız 1.8%-lik azalmanın olacağını proqnoz edirdilər.
Bugün ABŞ-da açıqlanacaq istisadi göstəricilər bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Belə ki, Bakı vaxtı ilə saat 17:30-da Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, ÜDM, Ticarət Saldosu və Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcminin Baza İndeksi göstəriciləri, Bakı vaxtı ilə saat 19:00-da isə əhalinin şəxsi xərclərinə dair məlumatlar dərc olunacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
15 d. əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 18 d. əvvəl
-
24 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
-
29 d. əvvəl
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
-
1 saat əvvəl
“PAŞA Kapital”ın gəlirləri 18% artıb, xalis mənfəəti 2,5 milyon manatı keçib
-
1 saat əvvəl
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Ən çox oxunanlar
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq

















.jpg)






